Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 11:36
Bakı. Trend:
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və ona bilavasitə tabel olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nisə Vəlizadə və Elmar Piri saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, N.Vəlizadə İran vətəndaşı olan Sabir adlı şəxsin göndərdiyi narkotik vasitəni E.Piridən xahiş edib. Sonuncu hələlik istintaqa məlum olmayan qadının şəhər ərazisində gizlətdiyi narkotik vasitəni götürərək Nisə Vəlizadəyə verən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.
Onların üzərinə keçirilən baxş zamanı N. Vəlizadənin əlindəki sellofan torbadan 1 kiloqram 700 qram narkotik vasitə olan “heroin” və 1 kiloqram 300 qram “tiryək” aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.