Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' üçün əla şans - Növbəti püşk atıldı - YENİLƏNİB

''Qarabağ'' üçün əla şans - Növbəti püşk atıldı - YENİLƏNİB

Tarix: 1 Sentyabr 2020 14:26

14:23

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Sonxeber.net xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Qarabağ"ın da bu mərhələdəki potensial rəqibi bəlli olub. 

Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveçin "Molde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi  üz-üzə gələcək. "Qarabağ" pley-off-a yüksəlsə, ilk oyunu Bakıda keçirəcək.

ÇL-də pley-off mərhələsi bir yox, iki matçdan ibarət olacaq. İlk görüşlər sentyabrın 22-23-də, cavab qarşılaşmaları isə sentyabrın 29-30-da oynanılacaq.

---------
12:13

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə "Qarabağ"ın da bu mərhələdəki potensial rəqibi bəlli olacaq. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveçin "Molde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, budəfəki püşkdə səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun komandası səpələnmişlər səbətindəki - reytinqcə daha güclü klublardan birinə rəqib olacaq.

Çempionlar Liqası, Pley-off mərhələsi

Çempionlar Yolu

Səpələnmişlər

"Zalsburq" (Avstriya)
"Olimpiakos" (Yunanıstan)
"Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi
"Slaviya" (Praqa, Çexiya)

Səpələnməmişlər

"Midtüllann" (Danimarka) - "Yanq Boyz" (İsveçrə) cütünün qalibi
"Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) cütünün qalibi
"Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi
"Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus) cütünün qalibi

Liqa Yolu

Səpələnmişlər

PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya) cütünün qalibi
"Dinamo" (Kiyev, Ukrayna) - AZ (Alkmaar, Niderland) cütünün qalibi

Səpələnməmişlər

"Gent" (Belçika) - "Rapid" (Vyana, Avstriya) cütünün qalibi
"Krasnodar" (Rusiya)

Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 15-i və ya 16-da Bakıda keçiriləcək. Pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq.


Etiketlər:  Qarabağ üçün əla şans Növbəti püşk atıldı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ