Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''AstraZeneca'' 3 milyard doza koronavirus vaksini istehsal edə bilər

''AstraZeneca'' 3 milyard doza koronavirus vaksini istehsal edə bilər

Tarix: 1 Sentyabr 2020 20:36

Bakı. Trend:

Oksford Universiteti ilə birgə koronavirus vaksininin hazırlanması ilə məşğul olan “AstraZeneca” əczaçılıq şirkəti Böyük Britaniyada ən perspektivli preparatlardan hesab olunan AZD1222 preparatının istehsalını genişləndirir.

Mövcud sazişə əsasən, şirkət yaxın 1,5 il ərzində rekombinant virus vektoru əsasında on milyonlarla doza vaksin hazırlayacaq, daha sonra bu müqavilə 2023-cü ilədək uzadıla bilər.

“AstraZeneca” vaksin istehsalına aprel ayında başlayıb. Hazırda Böyük Britaniya-İsveç birgə şirkət vaksin yaradıldıqdan sonra 3 milyard doza istehsal etmək gücünə malikdir.

Qeyd edək ki, bir neçə gün əvvəl “AstraZeneca” ABŞ-da vaksin sınaqlarının üçüncü mərhələsinə başlayıb. Sınaqlarda 30 min nəfər iştirak edəcək.


Etiketlər:  AstraZeneca milyard doza koronavirus vaksini istehsal edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ