Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

OnePlus ağıllı saat istehsal edəcək

OnePlus ağıllı saat istehsal edəcək

Tarix: 1 Sentyabr 2020 23:56

OnePlus-un texnologiya bazarında geyilə bilən qacetlərlə məşhurlaşmaq iddiaları barədə məlumatlar yayılıb. Bəziləri isə şirkətin artıq ağıllı saat modeli üzərində işlədiyini bildirirlər.

Milli.Az ted.az-a istinadən bildirir ki, OnePlus hələ 2016-cı ildə də ağıllı saat üzərində işlərə başlasa da, bir müddət sonra layihəni yarımçıq qoyub. Daha sonra isə şirkətin ötən il OneWatch adlı saat üzərində çalışması ilə bağlı iddialar ortaya çıxıb.

Sinqapurun IMDA adlı portalında isə yeni texnoloji avadanlıqlar siyahısında OnePlus Watch adlı cihazın da adı qeyd olunub. Cihaz siyahıda W301GB nömrəsi ilə şifrələnib.

Qeyd edək ki, mütəxəssislər hazırda geyilə bilən texnologiya bazarında Apple-ın lider olduğunu, amma illər sonra OnePlus-un onu üstələyə biləcəyini düşünürlər.

Milli.Az


Etiketlər:  OnePlus ağıllı saat istehsal edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ