Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Twitter” Trampın tvitini silib

“Twitter” Trampın tvitini silib

Tarix: 2 Sentyabr 2020 16:44

Bakı. Trend:

“Twitter” sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın tvitini silib.

Trend-in məlumatına görə, buna müəllif hüquqlarının pozulması ilə bağlı şikayətin daxil olması səbəb olub.

Qeyd olunur ki, D.Trampın ötən ayın sonunda seçki kampaniyası ilə bağlı yerləşdirdiyi videoçarx silinib. Videoda mahnısı çalınan “Electric Avenue” qrupu müəllif hüquqları ilə bağlı şikayət edib.

Silinənədək həmin videoya “Twitter”də 13 milyon baxış olub.


Etiketlər:  Twitter Trampın tvitini silib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ