Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 23:09
Bitki mənşəli resveratrol depressiya və narahatlığı azaltmaq potensialına malikdir.
Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, elm adamları tədqiqat zamanı resveratrolun stresin zərərli təsirlərini necə kompensasiya edə biləcəyini və bu müddətdə hansı mexanizmlərin iştirak etdiyini araşdırıb.
Genetik cəhətdən dəyişdirilmiş siçanlar üzərində test aparılıb. Kortizolun gəmirici ekvivalenti olan kortikosteronun daha yüksək səviyyələrinin hüceyrə ziyanına və PDE4 fermentlər ailəsinin üzvü olan PDE4D səviyyələrinin artmasına, siklik adenozin monofosfatın səviyyələrini aşağı saldığına şahid olublar.
Resveratrol isə PDE4D artımını bərpa edib. Bundan əlavə, hüceyrə ziyanını və adenozin monofosfatın parçalanmasını azaldıb. Resveratrolun nöroprotektiv təsirini nəzərə alaraq, tədqiqatçılar bunun depressiya və narahatlıq xəstəliklərinin müalicəsi üçün digər dərmanlara təsirli bir alternativ ola biləcəyini iddia edib.
Daha bir tədqiqat da aparılıb. Resveratrol dozası alan siçanlar sınaqdan keçirildikdən sonra oxşar nəticələr əldə edilib.
Tədqiqatçılar depressiyanın göstəriciləri olan dopamin və serotonin səviyyələrində artım müşahidə edib. Antidepresan təsiri olan amin turşusu nöropeptid Y-nin miqdarı da artıb.
Resveratrolun insanlarda təsirlərini anlamaq üçün əlavə araşdırmalara ehtiyac olduğu bildirilib.