Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sizdə bu simptomlar varsa…'' - Psixoloqdan HƏYƏCAN TƏBİLİ

''Sizdə bu simptomlar varsa…'' - Psixoloqdan HƏYƏCAN TƏBİLİ

Tarix: 2 Sentyabr 2020 23:27

"Dünyada hər beş nəfərdən biri bu depressiya növündən əziyyət çəkir. Qadınlar depressiyaya meylli olduğundan buna ən çox onlarda rast gəlinir".

Sonxeber.net bildirir ki, bunu yenicag.az-a açıqlamasında klinik psixoloq Xədicə Həbibullayeva payız depressiyasından danışarkən deyib.

Psixoloq payız depressiyaları zamanı kişilərdən daha çox qadınların əziyyət çəkdiyini bildirib:

"Dünyada hər beş nəfərdən biri bu depressiya növündən əziyyət çəkir. Qadınlar depressiyaya meylli olduğundan payız depressiyasına ən çox onlarda rast gəlinir. Bizim insan olaraq əhvalımız hormonlarımıza bağlıdır. Yəni orqanizmdə xoşbəxtlik hormonumuz azalsa, az sevinib, daha çox kədərli olacağıq.

Payız aylarında havanın dəyişməsi, gündüzlərin qısalıb, gecələrin uzanması, zəif günəş şüaları insan beynində kimyəvi maddələrdən biri olan serotonin hormonunu azaldır. Xoşbəxtlik hormonu olan serotoninin azalması da depressiyaya gətirib çıxarır. Payız depressiyası təkcə mövsümlə əlaqəli deyil. İnsanın passiv həyat tərzi keçirməsi, həmçinin digər psixoloji pozuntuların fəsadı olaraq ortaya çıxa bilər. İnsanlarda belə bir düşüncə yaranıb: depressiya deyəndə payız, payız deyəndə depressiya yada düşür. Amma əslində depressiyanın fəsli, günü, ayı olmur. Sadəcə depressiyaya meylli insanlar payız fəslində daha çox buna məruz qalırlar".

Psixoloqun sözlərinə görə, depressiyanı digər psixoloji problemlərlə səhv salmamaq üçün bəzi simptomları bilmək vacibdir. Depressiyadan çıxmağın yollarına gəlincə, həkim çıxış yolu da göstərib.

"Enerjinin azalması, çarəsizlik hissi, çəki itirmə və ya çəki artması, diqqətin zəifləməsi, diqqət dağınıqlığı, qərarsızlıq, dəyərsizlik və günahkarlıq hissi, cinsi istəyin azalması və ya istəksizlik, yuxusuzluq və ya çox yatmaq istəyi payız depressiysının əlaməti ola bilər.

Belə vəziyyətdən çıxmaq üçün mütləq hər gün idman etmək, açıq havada 20-30 dəqiqə vaxt keçirmək, gəzmək, təlimlərə və tədbirlərə qatılmaq, sevdiyiniz şəxslərlə birlikdə vaxt keçirmək, yuxu rejiminə diqqət etmək, insanlarla ünsiyyətdə olmaq, dil öyrənmək, kitab oxumaq, rəsm çəkməklə məşğul olmaq lazımdır".


Etiketlər:  Sizdə simptomlar varsa Psixoloqdan HƏYƏCAN TƏBİLİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ