Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2025 10:14
"Real Madrid" klubunun rəsmi sponsorlarından olan BMW, komandanın bütün futbolçularına yeni model elektrik avtomobillər təqdim edib.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, hədiyyə edilən avtomobillər tam elektriklə işləyir və ekoloji baxımdan müasir standartlara cavab verir.
Yeni avtomobilə sahib olan futbolçular arasında Türkiyə millisinin gənc ulduzu Arda Güler də yer alıb.
Gənc oyunçunun seçdiyi avtomobilin dəyəri Türkiyədə təxminən 13 milyon lirə, yəni təqribən 528 min manata bərabərdir.
Bu addım həm "Real Madrid"in, həm də BMW-nin davamlı nəqliyyat konsepsiyasına verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir.
Hüseyn