Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 07:51
Kartof kökündən istifadə edilən bitki fəsiləsinə aid olub, ən vacib qida vasitələrindən biri hesab edilir.
Kartof bitkisinin yarpaqları tünd yaşıl, çiçəklərinin rəngi ağ, bənövşəyi və ya çəhrayı rəngdə ola bilir. Kartof bitkisinin gövdəsinin torpağa bitişdiyi yerdən onun kökləri olur. Köklərin ucunda isə kartofun yeyilən hissəsi əmələ gəlməyə başlayır. Kartofun tərkibinin əsas hissəsini nişasta və liflər təşkil edir. Bu tərəvəzi növündən asılı olaraq yay və payız aylarında toplayırlar. Kartofun vətəni Cənubi Amerikadır, orada kartof yabanı halda yetişir.
Kartofnın Tərkibi
Kartofun tərkibi karbohidratlarla zəngindir. Ondan çoxlu istifadə eləmək piylənməyə səbəb ola bilir.
100 qram kartofun qida dəyərliliyi:
- Zülallar - 2 qram.
- Yağlar - 0,4 qram.
- Karbohidratlar - 16,3 qram.
- Su - 78,8 qram.
- Kalori dəyəri - 80 kKal.
Kartofun tərkibində olan zülallarda demək olar ki, bütün amin turşuları var. Bu amin turşular arasında əvəzolunmaz amin turşularına da rast gəlmək mümkündür. Gün ərzində 300 qram kartof yemək orqanizmin karbohidratlara, fosfora və kaliuma olan bütün ehtiyacını ödəyir. 100 qram kartofun tərkibində 20 qram C vitamini var. Amma C vitaminin miqdarı kartofun saxlanılma qaydasında asılı olaraq dəyişə bilir. Belə ki, dərilmiş kartofu uzun müddət saxladıqda onun tərkibindəki C vitamininin miqdarı aşağı düşür.
Kartofun tərkibindəki liflər mədə və bağırsaqları qıcıqlandırmır. Onu qastrit xəstələri belə yeyəndə mədə-bağırsaqda narahatçılıq meydana gəlmir. Kartofun tərkibində olan nişasta qaraciyər və qanda olan xolesterinin miqdarını aşağı salır. Kartofun tərkibində olan kalium orqanizmdən artıq mayenin çixmasını sürətləndirir. Ondan böyrək xəstələri və çoxlu maye qəbul edənlər istifadə edə bilərlər. Kartof damarlara antikslerotik təsir edir. Bu xüsusiyyətinə görə ürək-damar və böyrək xəstələri qida rasionunda daima kartofdan istifadə etməlidirlər. Kartof-yumurta dietası isə xroniki böyrək çatışmazlığından əziyyət çəkənlər üçün ideal vasitə sayılır.
Spirtli içki qəbul edən zaman kartof yedikdə səhəri gün ikçi qəbulunun yaratdığı əlamətlər hiss olunmur. Kartofun tərkibində olan fol turşusu, kalsium duzları, maqnium, fosfor, B qrup vitaminləri və PP vitamini orqanizm üçün çox faydalıdır.
Kartofnın Xeyri
Kartofun kalori dəyəri digər tərəvəz məhsullarınından qat-qat artıqdır. Onda olan zülalların tərkibi heyvani zülalların tərkibinə daha yaxındır. Kartofun tərkibində olan amin turşuları orqanizm tərəfindən asan sorulur. Bu səbəbdən də davamlı olaraq qiddasında kartof olan adamlar podaqra və bu kimi xəstəliklərdən az əziyyət çəkir. Kartofun ən yaxşı xüsusiyyətlərindın biri də onun xərçəng əleyhinə təsir göstərməsidir. Kartof şirəsi artrit xəstələri üçün ideal müalicə vasitəsidir. Bu şirə mədə yarasının və varikoz genəlmənin sağalmasını sürətləndirir. Kartof şirəsi yaraların sağalmasını da sürətləndirmək qabiliyyətinə malikdir. Mütəxəssislər hər səhər acqarına və ya yatmazdan əvvəl duzsuz və suda bişmiş kartof yeməyin orqanizm üçün çox faydalı olduğunu söyləyirlər. Kartof aclığı aradan qaldıra bilən tərəvəzlərdəndir. Buna səbəb isə onun tərkibində olan zülalların və karbohidratların olmasıdır.
Xalq təbabətində kartofdan yaraların, yanıqların, müxtəlif dəri xəstəliklərinin sağalmasında istifadə edirlər. Kartof şirəsi arterial təzyiqi aşağı salır, təngnəfəsliyi aradan qaldırır. Çiy kartofun şirəsini içmək orqanizmin illərlə yığılıb qalmış şlaklardan azad olmasına səbəb olur.
Kartofnın Ziyanı
Kartof orqanizm üçün təhlükəli ola bilir. Bu gün düşən yerlərdə kartofu saxlayan zaman olur. Belə ki, günəş şüaları üşdükdə kartofun üstündə solanin adlanan zəhərli maddə əmələ gəlir. Solanin orqanizmə daxil olduqda dərinin rəngi bozarmağa başlayır və xəstə qısa müddət ərzində ölür. Kartofda solaninin olub olmamasını asanlıqla təyin etmək mümkündür. Əgər kartofu soyan zaman onda yaşıl hissə aşkarlanırsa bu o deməkdir ki, həmin kartofun tərkibində solanin var. Şəkərli diabetdən və piylənmədən əziyyət çəkən xəstələr üçün də kartofdan istifadə etmək tövsiyə edilmir.