Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniya Almaniya ilə heç-heçə etdi, Türkiyə uduzdu - Yenilənib

İspaniya Almaniya ilə heç-heçə etdi, Türkiyə uduzdu -  Yenilənib

Tarix: 4 Sentyabr 2020 00:52

Bu gün UEFA Millətlər Liqasında 2020/2021 mövsümünə start verilib.

Qol.az xəbər verir ki, Avropada yığma komandaların oyunları uzun fasilədən sonra bərpa edilib və koronavirus səbəbindən azarkeşsiz keçirilib.

İlk oyun günündə A,B,C və D liqalarında ümumulikdə 10 matç oynanılıb.

A Liqasında maraqla gözlənilən Almaniya - İspaniya görüşü 1:1 hesabı ilə başa çatıb.

Türkiyə yığması da Millətlər Liqasında ilk oyununa çıxıb. Milli komanda evdə Macarıstanla qarşılaşıb və 0:1 hesabı ilə uduzub .

3 sentyabr

UEFA Millətlər Liqası, I tur

A Liqası

4-cü qrup

22:45. Almaniya – İspaniya - 1:1
Qollar
: Timo Verner, 52 - Xose Qaya, 90+6

22:45. Ukrayna – İsveçrə - 2:1
Qollar
: Andrey Yarmolenko, 14, Aleksandr Zinçenko, 68 - Halis Seferoviç, 41

B Liqası

3-cü qrup

22:45. Rusiya - Serbiya - 3:1
Qollar
: Artyom Dzyuba, 48-pen, 81, Vyaçeslav Karavayev, 69 - Aleksandar Mitroviç, 78

22:45. Türkiyə - Macarıstan - 0:1
Qol:
Dominik Soboslay, 80

4-cü qrup

22:45. Bolqarıstan - İrlandiya 1:1
Qollar
: Bojidar Krayev, 56 - Şeyn Daffi, 90+3

22:45. Finlandiya - Uels - 0:1
Qol:
Kiffer Mur, 80

C Liqası

3-cü qrup

22:45. Moldova – Kosovo - 1:1
Qollar:
İon Nikolaesku, 20 - Bencamin Kololli, 71

22:45. Sloveniya – Yunanıstan - 0:0

D Liqası

1-ci qrup

20:00. Latviya - Andorra - 0:0

22:45. Farer adaları - Malta - 3:2
Qollar
: Klemint Olsen, 25, Andreas Olsen, 87, 90  - Yurgen Deqabriele, 37, Andrey Acius, 73

 


Etiketlər:  İspaniya Almaniya ilə heç heçə etdi Türkiyə uduzdu Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ