Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 00:52
Bu gün UEFA Millətlər Liqasında 2020/2021 mövsümünə start verilib.
Qol.az xəbər verir ki, Avropada yığma komandaların oyunları uzun fasilədən sonra bərpa edilib və koronavirus səbəbindən azarkeşsiz keçirilib.
İlk oyun günündə A,B,C və D liqalarında ümumulikdə 10 matç oynanılıb.
A Liqasında maraqla gözlənilən Almaniya - İspaniya görüşü 1:1 hesabı ilə başa çatıb.
Türkiyə yığması da Millətlər Liqasında ilk oyununa çıxıb. Milli komanda evdə Macarıstanla qarşılaşıb və 0:1 hesabı ilə uduzub .
3 sentyabr
UEFA Millətlər Liqası, I tur
A Liqası
4-cü qrup
22:45. Almaniya – İspaniya - 1:1
Qollar: Timo Verner, 52 - Xose Qaya, 90+6
22:45. Ukrayna – İsveçrə - 2:1
Qollar: Andrey Yarmolenko, 14, Aleksandr Zinçenko, 68 - Halis Seferoviç, 41
B Liqası
3-cü qrup
22:45. Rusiya - Serbiya - 3:1
Qollar: Artyom Dzyuba, 48-pen, 81, Vyaçeslav Karavayev, 69 - Aleksandar Mitroviç, 78
22:45. Türkiyə - Macarıstan - 0:1
Qol: Dominik Soboslay, 80
4-cü qrup
22:45. Bolqarıstan - İrlandiya 1:1
Qollar: Bojidar Krayev, 56 - Şeyn Daffi, 90+3
22:45. Finlandiya - Uels - 0:1
Qol: Kiffer Mur, 80
C Liqası
3-cü qrup
22:45. Moldova – Kosovo - 1:1
Qollar: İon Nikolaesku, 20 - Bencamin Kololli, 71
22:45. Sloveniya – Yunanıstan - 0:0
D Liqası
1-ci qrup
20:00. Latviya - Andorra - 0:0
22:45. Farer adaları - Malta - 3:2
Qollar: Klemint Olsen, 25, Andreas Olsen, 87, 90 - Yurgen Deqabriele, 37, Andrey Acius, 73