Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' və ya ''Molde''nin bizə rəqib olacağı vacib deyil''

''Qarabağ'' və ya ''Molde''nin bizə rəqib olacağı vacib deyil''

Tarix: 3 Sentyabr 2020 11:24

"Ferentsvaroş"un futbolçusu Miha Mlajiç Çempionlar Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az xəbər verir ki,Macarıstan təmsilçisi 3-cü təsnifat mərhələsində Zaqreb "Dinamo"sunu mübarizədən kənarlaşdıracağı təqdirdə,  pley-off-da "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

27 yaşlı müdafiəçi "Nemzeti Sport"a açıqlamasında püşklə bağlı deyib: “Əlbəttə bu barədə danışmaq hələ tezdir. Otel otağında olarkən püşkatmaya baxdım. Ancaq indi "Qarabağ" və ya "Molde"nin rəqib olacağı o qədər də vacib deyil. Biz hazırda diqqətimizi “Dinamo” ilə oyuna yönəltməliyik. Hər halda, "Qarabağ" və ya "Molde" ilə görüşdən nə gözləyəcəyim barədə danışa bilsəm, yaxşı olardı".

 


Etiketlər:  Qarabağ Moldenin bizə rəqib olacağı vacib deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ