Tarix: 3 Sentyabr 2020 16:36
Türkiyə Futbol Federasiyası oyunlarda azarkeşlərin iştirakı ilə bağlı yeni qərar qəbul edib.
Qol.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Yeni qərara əsasən, dünyada və Türkiyədə koronavirusa yoluxmanın artmasını əsas gətirilərək, mövsümün ilk hissəsində azarkeşlərin iştirakı ilə matç keçirilməsinə qadağa qoyulub.
Qeyd edək ki, federasiya bundan əvvəl oktyabr ayından etibarən oyunlara stadiondakı oturacaqların sayının 30 faizi qismində azarkeş buraxılmasına icazə vermişdi .
Xatırladaq ki, Türkiyə Superliqasında yeni mövsümün 11 sentyabrda başlaması planlaşdırılıb.