Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İnsanları zəhərləyən müğənnilər xalqını sevə bilməz” - Sevda Ələkbərzadə

“İnsanları zəhərləyən müğənnilər xalqını sevə bilməz” - Sevda Ələkbərzadə

Tarix: 3 Sentyabr 2020 18:15

Əməkdar artist Sevda Ələkbərzadə bayağı musiqini təbliğ edənləri tənqid edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə "Yanar saat" radio proqramına qonaq olarkən danışıb.

Məhşur müğənni həmkarlarını qınayaraq onları vətəni sevməməkdə ittiham edib: "İnsanların musiqi zövqünü korlayan, onları zəhərləyən müğənnilər vətənini, xalqını sevə bilməz. Ölkələr sənətçiləri ilə tanınır. İtaliya deyəndə rejissorları, filmləri, rəssamları yada düşür. Bunu bütün ölkələrə aid edirəm. Dövlətlər sənətkarlarına görə sevilir, məşhurlaşır. Bu, vacib məsələdir. Hər bir ifaçı bunlara diqqət etməlidir".


Etiketlər:  İnsanları zəhərləyən müğənnilər xalqını sevə bilməz Sevda Ələkbərzadə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ