Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin bitəndən sonra Azərbaycanda ƏN GƏLİRLİ SAHƏLƏR bunlar olacaq

Karantin bitəndən sonra Azərbaycanda ƏN GƏLİRLİ SAHƏLƏR bunlar olacaq

Tarix: 4 Sentyabr 2020 14:28

Pandemiyanın ən böyük zərələrindən biri də iqtisadiyyata dəydi. Azərbaycan höküməti tərəfindən zərərin miqdarı maksimum şəkildə məhdudlaşdırılsa da, dünyanın nəhəng dövlətləri pandemiyanın zərələri qarşısında acizliyini açıq etiraf etdirlər.

Ölkəmizdə karantin qaydalarına əsasən tətbiq edilən məhdudiyyətlərə görə çox sahələrin işi 6 aya yaxındır ki, dayandırılıb. 

Pandemiyanın bitəcəyi, karantinin ləğv ediləcəyi vaxt ölkədə hansı sahələrə tələbat artacaq, hansı işlər daha gəlirli sahələr olacaq?

Sonxeber.net mövzuyla bağlı iqtisadçı-ekspert Elmir Səfərlinin fikirlərini öyrənib: 

"Bu gün dünyanı düşündürən bir sual var. Pandemiya ilə mübarizə və eyni zamanda pandemiyanın təsirlərindən qaçış. İlkin olaraq nəzərə almaq lazımdır ki, virusun təsiri həm insanların sağlamlığına ciddi təsir edir, həm də dövlətlərin sosial-iqtisadi sağlamlığına. Təbii ki, Azərbaycan daxil bir çox ölkələr ilk öncə insan sağlamlığını diqqətə alaraq strategiyalar hazırlayırlar. Lakin insan sağlamlığı ilə bərabər iqtisadiyyatın zərər görməsi dövlətlərin sosial iqtisadi sağlamlığını təsir altına alır. Beynəlxalq Valyuta Fondunun araşdırmalarına əsasən, qlobal iqtisadiyyatda 2020-ci ildə ortalama 3 faiz kiçilmə nəzərdə tutulmuşdur. Bu gün statistik məlumatlara baxsaq, Azərbaycan iqtisadiyyatının kiçilmə həcmi ortalama 2,2 faiz olaraq qeydə alınmışdır. Bu rəqəmin dünya ortalamasından aşağı olması, ölkənin atdığı ciddi və qabaqlayıcı addımların sayəsindədir. 

Bu günə qədər iqtisadçılar pandemiyanın təsirlərindən və bu mənfi təsirlərin qarşısını almaq üçün çalışırdılarsa, bu gün əsas hədəf postpandemiya dövründə iqtisadiyyatın dirçəlməsi üçün atılacaq addımların müzakirəsidir. Bu baxımdan postpandemiya dövründə xüsusi olaraq daha fərqli bir iqtisadi model qurulmalı, dövlətin iqtisadi siyasətinin əsas prioritetləri müəyyənləşdirilməli və bu çərçivədə hazırlanmış strategiyalar tətbiq edilməlidir.

Postpandemiya dövründə dövlətin iqtisadi siyasətində bir neçə əsas sahələrin maraq dairəsində olması gözlənilir. Bunlar rəqəmsal iqtisadiyyat, daxili turizm, nəqliyyat və logistika, tikinti, kənd təsərrüfatı və emal sənayesidir. Bu sahələr ona görə prioritet hesab edilir ki, həm məşğulluq baxımından bir dəyər formalaşdıracaq, həm də digər sahələrin canlanması üçün fundamental hesab olunacaqdır. Məsələn, götürək elə tikinti sahəsini.

Şəhərlərin və regionların inkişaf etdirilməsi üçün hazırlanan xüsusi tikinti və infrastruktur layihələrinin hazırlanması və işlənməsi, məşğulluq dərəcəsinin artırılması ilə yanaşı, tikinti layihələri ilə birbaşa əlaqəli olan yan sahələrin inkişaf tempini də artıracaq. Və yaxud da ikinci misal olaraq daxili turizm. Pandemiyadan sonra hələ ən azı 1-2 il müddətində insanların xarici ölkələrə turist olaraq getməsi təhlükə baxımından real görünmür. Bu aspektdə daxili turizmin inkişafı ilkin olaraq əsas hədəflərdən hesab olunacaq. Bu sahənin inkişafı ilə regionların birbaşa iqtisadi inkişaf əlaqəliliyi xüsusi əhəmiyyət daşıyır. Belə ki, regionlarda turizmə birbaşa və ya dolayı yolla bağlı olan sahələr inkişaf etdiriləcək və regionlarda yaşayan insanların məşğulluğu təmin ediləcəkdir. 

Əlbəttə, bütün bu proseslərin doğru şəkildə tətbiq edilməsi üçün dövlət kompleks addımlar atmalıdır. İlkin olaraq, kiçik və orta sahibkarlığın inkişafına xüsusi dəstək verilməlidir. Onların fəaliyyətinin doğru və uğurlu şəkildə tənzimlənməsi üçün bir sıra güzəştlər tətbiq edilməlidir. Daxili istehsalın təşviqi üçün dövlət tərəfindən aşağı faizli və uzunmüddətli kreditlər ayrılmalı, vergi və gömrük rüsumlarında xüsusi güzəştlər tətbiq edilməli, rəqabətlilik artırılmalı və xarici investisiyaların cəlb edilməsi üçün uyğun biznes mühiti formalaşdırılmalıdır". 

Təhməz Əsədov


Etiketlər:  Karantin bitəndən sonra Azərbaycanda GƏLİRLİ SAHƏLƏR bunlar olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ