Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Windows” yeniləməsi internet bağlantısını sıradan çıxarıb

“Windows” yeniləməsi internet bağlantısını sıradan çıxarıb

Tarix: 5 Sentyabr 2020 08:04

"Microsoft" korporasiyası "Windows" əməliyyat sistemli noutbuklarda internet bağlantısı probleminin mövcudluğunu etiraf edib. Bu barədə "ZDNet" nəşrinin korporasiyanın bəyanatına istinadən məlumatında deyilir.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Microsoft" mütəxəssislərinin sözlərinə görə, "Windows 10" sisteminin 2004-cü il versiyasının yeniləməsi bir sıra portativ kompüterlər üçün bloklanıb. Onlara mobil rabitə moduluna malik və internetə "WWAN LTE" modemləri vasitəsilə qoşulmağa imkan verən noutbuklar aiddir. Mühəndislər bildirib ki, sistem yeniləmələrindən "Microsoft" tərəfindən internetə qoşulma problemi həll olunduqdan sonra istifadə mümkün olacaq.
 
Bundan əvvəl "LTE" modullu noutbuk istifadəçiləri mayda ardıcıl "Windows" yeniləmələrindən sonra kompüterlərin internet bağlantısının sıradan çıxmasından şikayət ediblər. Qurğu istifadəçilərinin məlumatına görə, internet bağlantısı noutbuk "yuxu rejimi"ndən çıxdıqdan və ya qurğunu yenidən başlatdıqdan sonra qəflətən kəsilib. Problemin bir neçə ay ərzində həll olunmamış vəziyyətdə qaldığı bildirilir.
 
"Microsoft" mühəndisləri qeyd edib ki, problemi müvəqqəti həll etmək mümkündür. İnternetə qoşulmanın bərpası üçün kompüteri bütün aktiv internet qoşulmalarının silindiyi "uçuş rejimi"nə daxil etmək və sonra geri qaytarmaq tələb olunur. Mütəxəssislərin sözlərinə görə, bundan sonra bağlantı "LTE" vasitəsilə bərpa edilir.  
 
"Microsoft" qurğuları "Windows 10" sisteminin 2004-cü il versiyasınadək xüsusi proqram yeniləmələri buraxıldıqdan sonra yeniləməyi tövsiyə edir.


Etiketlər:  Windows yeniləməsi internet bağlantısını sıradan çıxarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ