Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 08:56
"MediaTek" şirkəti beşinci nəsil şəbəkələrini dəstəkləyən qabaqcıl "Dimensity 1000C" mobil prosessorunu elan edib. Yeni prosessor beynəlxalq bazara hədəflənib və "Dimensity 1000" modelinin dəyişdirilmiş versiyasıdır.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, 7 nm-lik texnoloji proses üzrə işlənib hazırlanmış "Dimensity 1000C" prosessoru inteqrasiya edilmiş "5G" modemə malikdir. Onun arxitekturası 2,0 QHs takt tezliyində işləyən 4 ədəd məhsuldar "Cortex-A77" nüvəsi və 4 ədəd enerji cəhətdən səmərəli "Cortex-A55" nüvəsinə malikdir. "GPU ARM Mali-G57" qrafik kartı prosessorun qrafik imkanlarını təmin edir.
"Dimensity 1000C" prosessoruna maksimal məhsuldarlığın təmini məqsədilə təsvirlərin işlənməsinə və sistemin işinin intellektual planlaşdırılmasına cavabdeh olan üç süni intellekt soprosessorundan ibarət kombinə edilmiş neyron blok inteqrasiya edilib. Yenilik, həmçinin "Netflix" platforması üçün "AV1 HDR" kodekini, "YouTube" üçün isə "AV1" kodekini, qurğunun səslə aktivləşdirilməsi üçün "Dual Voice Wake Up" funksiyasını dəstəkləyir və iki displeyli smartfonlarda düzgün işləyir.