Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 05:28
Bakı. Trend:
Yaponiyanın Honsyu adası sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Trend-in Yaponiyanın Milli Metereologiya Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İbaraki prefekturası yaxınlığında, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Bildirilir ki, yeraltı təkanlar Tokio, Tiba, İbaraki, Miyagi və Fukusima prefekturalarında hiss edilib.