Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2019 10:44
Avropa Liqasında 2019-20 mövsümünə start verilib.
Qol.az xəbər verir ki, ilkin mərhələnin birinci görüşləri keçirilib.
"Qəbələ"nin potensial rəqibləri də ötən gün meydana çıxıb. “La Fiorita” (San-Marino) ilə “Enqordani” (Andorra) arasında keçirilən matçda ikincilər 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, sözügedən cütün qalibi 1-ci təsnifat mərhələsində Tbilisi "Dinamos"u ilə qarşılaşacaq. Mübarizdən qalib ayrılan tərəf 2-ci mərhələdə "Qəbələ"yə rəqib olacaq.
27 iyun
Avropa Liqası
İlkin mərhələ
“Proqres” (Lüksemburq) - “Kardiff MU” (Uels) – 1:0
“La Fiorita” (San-Marino) - “Enqordani” (Andorra) – 0:1
“Sent Culiya” (Andorra) - “Europa” (Cəbəllütariq) – 3:2
“Ballumena” (Şimali İrlandiya) - NSİ (Farer adaları) – 2:0
“Priştina” (Kosovo) - “Sent Jozefs” (Cəbəllütariq) – 1:1
“Klaksvik” (Farer adaları) - “Tre Fiori” (San-Marino) – 5:1
“Barri Taun” (Uels) - “Kliftonvill” (Şimali İrlandiya) – 0:0