Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayın səthindəki paslanma ilə bağlı Rəsədxanadan açıqlama

Ayın səthindəki paslanma ilə bağlı Rəsədxanadan açıqlama

Tarix: 7 Sentyabr 2020 20:36

Ayın səthində hematitin-dəmirin paslanmasının olmasının Yerdə canlı həyata heç bir təsiri yoxdur.

Milli.Az Trend-ə istinadən bildirib ki, Ayın səthində hematitin-dəmirin paslanmasının aşkarlanması 2008-ci ildə kosmik cihazla aparılan tədqiqatın nəticəsi əsasında məlum olub.

X.Mıkayılov qeyd edib ki, hematitin çoxluğu Ayın Yerə tərəf olan hissəsində aşkarlanıb:

"Ayda dəmirlə zəngin olan dağlar var. Bu paslanmann olması üçün isə orada həm oksigen olmalıdır, həm də su olmalıdır. Məlumdur ki, Ayda oksigen yoxdur. Alimlər müəyyən ediblər ki, Ayın səthi Günəş kül\yi nəticəsində hidrogenlə zəngin olur. hidrogen də paslanmanın qarşısını alır. Onda paslanmanın necə yaranması barədə sual yaranır. Sonradan alimlər belə fikrə gəliblər ki, paslanma Yerin təsiri nəticəsində yarana bilər. amma bunların hamısı təsdiqini tapmayan fikirlərdir".

Milli.Az


Etiketlər:  Ayın səthindəki paslanma ilə bağlı Rəsədxanadan açıqlama


RƏYLƏR