Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əhmədov: Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir

Əli Əhmədov: Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir

Tarix: 24 Aprel 2019 12:30

Bakı. Elçin Mehdiyev - Trend:

Yüz ildən çoxdur ki, bəşəriyyət tarixi bir yalanla üz-üzədir. Bu, qondarma “erməni soyqırımı”dır. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bunu yalnız yalan və uydurma sahəsində xüsusi təcrübəsi olanlar edə bilər: “Bu yalanın 100 ildən çox davam etməsi onu göstərir ki, məkirli, iyrənc məqsədlərə xidmət edir. Qondarma “erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur. Bu yalan həm də ermənilərin qardaş Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək məqsədi ilə bağlıdır. Digər tərəfdən isə Türkiyəyə siyasi təzyiqlərin göstərilməsi, müəyyən hallarda Azərbaycana qarşı bu yalandan istifadə edilməsi ilə bağlıdır. Bu yalana qarşı qoyulmalı olan həqiqətlər isə 100 ildən çoxdur unudulur və bu barədə danışmaq istəmirlər".

Baş nazirin müavini əlavə edib ki, Türkiyənin müxtəlif bölgələrində, Azərbaycanda ermənilər tərəfindən qırğınların törədilməsi, əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, etnik təmizləmə siyasətinin həyata keçirilməsi bu həqiqətin bir hissəsidir: "Nəhayət, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, bir milyondan artıq insanın etnik təmizləməyə məruz qalması bəşəriyyətin susduğu, haqqında danışmaq istəmədiyi reallıqlardandır”.

O vurğulayıb ki, Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əli Əhmədov Türkiyə Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ