Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 09:48
Bakı. Ceyhun Ələkbərov - Trend:
Artıq üç aydan çoxdur ki, Ramanada abadlıq işlərinə başlanılıb.
Bunu Trend-ə açıqlamasında Sabunçu rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov bildirib.
Onun sözlərinə görə, hazırda abadlıq işləri Cəfər Cabbarlı, Vəli Vəliyev, Ə.Haqverdiyev və Xanlar küçələrində davam etdirilir:
“Yararsız hasarlar sökülərək yenisi ilə əvəzlənir. Asfalt örtüyü yenilənir, küçələrin işıqlandırılması işləri görülür. Plana uyğun olaraq ilk öncə turistlərin cəlb olunması üçün marşrut xətləri müəyyənləşdirilir. Gələcəkdə Ramana qalası ətrafında parkların da salınması, söhbətkeşlərin qurulması nəzərdə tutulub”.
M.Əsədov əlavə edib ki, hazırda fasadları yararsız halda olan evlərin divarlarında da bərpa işləri aparılır. Türistlər üçün nəzərdə tutulan marşrut üzrə yollara isə qəmbər daşlar düzüləcək.