Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiya koronavirus vaksinlərinin satın alınması üçün 6,3 milyard dollar ayıracaq

Yaponiya koronavirus vaksinlərinin satın alınması üçün 6,3 milyard dollar ayıracaq

Tarix: 8 Sentyabr 2020 10:28

Bakı. Trend:

Yaponiya hökuməti koronavirus vaksinlərinin satın alınması üçün 6,3 milyard dollar vəsaitin ayrılması barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bunu ölkənin Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa deyib.

Onun sözlərinə görə, Yaponiya bununla əlaqədar ABŞ və Böyük Britaniya şirkətləri ilə ilkin müqavilələr imzalayıb.

Müqavilələrə əsasən, Yaponiya “AstraZeneca” və “Pfizer” şirkətlərindən 120 milyon doza eksperimental vaksin əldə edəcək. Bundan başqa, hökumət daha 5 xarici şirkətlə danışıqlar aparır.


Etiketlər:  Yaponiya koronavirus vaksinlərinin satın alınması üçün 63 milyard dollar ayıracaq


RƏYLƏR