Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 11:18
Bakı. Trend:
Qəbələ rayonunun Laza kəndində dağlıq və meşəlik ərazidə 5 nəfər köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, vətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.
Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz əraziyə endirilib.