Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 18:20
Sosial şəbəkələrdə Balaxanı qəsəbəsində çoxsaylı vətəndaşların bir yerə yığışmasını əks etdirən video yayılıb. Məlum olub ki, həmin izdihamı son günlər qəsəbənin xarici görünüşünün dəyişilməsi ilə əlaqədar orada foto çəkdirmək istəyən şəxslər yaradıb.
Sonxeber.net xəbər verir ki, "qafqazinfo" məsələylə bağlı Balaxanı icra nümayəndəliyi ilə əlaqə saxlayıb.
Bildirilib ki, izdihama səbəb Balaxanıya təşkil edilən ekskursiya olub: "Toplaşanlar kənd camaatı idi. Onlar qəsəbədə yaradılmış şəraitlə tanış olublar. Bu zaman da fotossesiya etmək istəyiblər. Yəni dünənki toplaşmada hər hansı başqa məsələ yoxdur".