Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rumıniya XİN: Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun potensialı böyükdür

Rumıniya XİN: Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun potensialı böyükdür

Tarix: 9 Sentyabr 2020 08:26

Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutu layihəsinin inkişafı və regional əməkdaşlıq potensialı böyükdür.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Rumıniya Xarici İşlər Nazirliyindən deyiblər.

Qeyd olunub ki, bu marşrut Mərkəzi və Şimali Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında intermodal dəniz-çay və avtomobil-dəmiryol marşrutunun yaradılmasına yönəlib:

"Bu layihə ikitirəfli Rumıniya-Türkmənistan təşəbbüsünə əsaslanır. Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutu üzrə danışıqlar Rumıniya, Türkmənistan, Azərbaycan və Gürcüstan arasında dördtərəfli formatda davam edir".

Nazirlikdən onu da bildiriblər ki, bu cür regional layihələrin aktuallığı bilavasitə bura daxil olan ölkələrin maraqları çərçivəsindən çıxır. Belə ki, həmin marşrut Avropa İttifaqının (Aİ) gündəliyində vacib yer tutur və bu, Aİ-nin Avropa və Asiyanın birləşməsi üzrə Strategiyasında və Mərkəzi Asiya üzrə yeni Strategiyasında yer alır.

Milli.Az


Etiketlər:  Rumıniya XİN Qara dəniz Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun potensialı böyükdür


RƏYLƏR