Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 12:22
Bakı. Trend:
“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – təhsil oktyabrın 1-dən, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində isə sentyabrın 15-dən başlayacaq.
Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.