Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 13:36
UEFA Millətlər Liqasının 2-ci turunda İsveçlə keçirilən görüş (2:0) Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu üçün əlamətdar olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, oyunda dubl edən 35 yaşlı hücumçu milli komandada qol sayını 100-ə çatdırıb.
Bununla da Ronaldu millidə 100 qol həddinə çatan ikinci futbolçu olub. Buna qədər İran millisinin hücumçusu Əli Daei yığmada 100-dən artıq qol vurmağı bacarıb.
O, 109 qolla milli komandalar arasında futbol tarixinin ən yaxşı bombardiridir.