Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 3 ali məktəbin tələbələrinə “Təhsil kartları” təqdim edilib

Daha 3 ali məktəbin tələbələrinə “Təhsil kartları” təqdim edilib

Tarix: 9 Sentyabr 2020 16:57

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən ilin noyabr ayından etibarən ölkənin bir sıra təhsil müəssisəsində tətbiq olunan “Təhsil kartı” layihəsinin əhatə dairəsi genişləndirilib.

Belə ki, Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının tələbələrinə də təhsil kartları təqdim olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Təhsil kartı” vasitəsilə tələbələr öz təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə istənilən ödənişlərini həyata keçirə biləcəklər. Təhsil kartının ön hissəsində tələbə haqqında məlumatlar, arxa hissəsində isə ödəniş kartının məlumatları əks olunur. Beləliklə, tələbələr bu kartdan universitetə, universitet kitabxanasına, oxu zallarına giriş üçün də istifadə edə bilərlər. Həmçinin, təhsil kartı ilə aparılan ödənişlər zamanı tələbələr üçün xüsusi endirim kampaniyaları tətbiq olunacaq.

Qeyd edək ki, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən layihə artıq 7 təhsil müəssisəsində tətbiq edilir və davamlı olaraq yeni təhsil müəssisələrinin qoşulması nəzərdə tutulur.


Etiketlər:  Daha məktəbin tələbələrinə Təhsil kartları təqdim edilib


RƏYLƏR