Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Chuwi GemiBook” noutbuku təqdim edilib

“Chuwi GemiBook” noutbuku təqdim edilib

Tarix: 10 Sentyabr 2020 08:44

Planşet və noutbuklar istehsalçısı - "Chuwi" şirkəti "Chuwi GemiBook" adlı noutbuk təqdim edib.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, noutbuk 3:2 tərəf nisbətli "2K" (2160 х 1400 piksel) təsvir ölçülü 13 düym diaqonallı ekran, "Intel J4115" prosessor, eləcə də 12 giqabaytlıq operativ və 256 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz edilib.
 
Məlumata görə, qurğunun məhsuldarlığı ev və ofisdə gündəlik istifadə üçün yetərlidir. Quraşdırılmış videokart "4K" təsvir ölçülü videonu dekodlaşdırmağa imkan verir.
 
Korpusu metaldan hazırlanan "Chuwi GemiBook" noutbukunun çəkisi 1,34 kq təşkil edir və "A4" formatlı kağız vərəqi ilə müqayisə oluna bilinən qabaritlərə malikdir. Bu səbəbdən onu çantada asanlıqla daşımaq mümkündür. Bundan başqa, noutbukun ekranı 180 dərəcə açılır.
 
Sentyabrın ortalarında satışa çıxarılacaq "Chuwi GemiBook" noutbukunun qiyməti 299 dollara bərabər olacaq.


Etiketlər:  Chuwi GemiBook noutbuku təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ