Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BNA-dan yollardakı hərəkət intensivliyi ilə bağlı açıqlama - FOTO

BNA-dan yollardakı hərəkət intensivliyi ilə bağlı açıqlama - FOTO

Tarix: 10 Sentyabr 2020 17:32

Bəzi xidmət və iş sahələrinin fəaliyyətinin bərpa olunması, eyni zamanda yeni tədris ilinin başlanmasının yaxınlaşması yollarda hərəkət intensivliyini və sərnişindaşımalara tələbatı əhəmiyyətli dərəcədə artırıb.

Bakı Nəqliyyat Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, avqust ayının sonlarından başlayaraq gündəlik sərnişin səfər sayında hər həftə 100.000 artım qeydə alınmaqdadır. Hazırda müntəzəm və ekspres xətt avtobusları ilə icra olunan gündəlik sərnişin səfər sayı 2.000.000-dan çoxdur. Bakı Metropolitenin fəaliyyət göstərmədiyi indiki vaxtda avtobusların sərbəst və rahat hərəkəti xüsusilə əhəmiyyət kəsb edir.

Hazırda gündəlik olaraq xəttə 2260 ədəd avtobus çıxarılır ki, bu da maksimal göstəricidir. Yəni "BakuBus" MMC-nin hər iki qarajında və özəl operatorlara aid qarajlarda texniki baxımdan saz olan bütün avtobuslar daşımalara cəlb olunub.

Lakin son vaxtlarda şəhər yollarında müşahidə olunan hərəkətlilik və nəqliyyat sıxlıqları avtobusların hərəkətinə ciddi maneələr yaradır. Belə ki, avtobuslararası intervallar pozulur və sərnişinlər uzun müddət dayanacaq məntəqələrində gözləməli olurlar. Bir xətt üzrə bir neçə avtobusun sıxlıqda qalaraq gecikməsi onun hərəkət etdiyi istiqamətdə digər marşrutlar üzrə də daşımaları çətinləşdirir.

Aparılan müşahidələr göstərir ki, gün ərzində baş verən yol nəqliyyat hadisələri, sürücülərin yol hərəkəti qaydalarına eləcə də, zolaqların tələbinə düzgün əməl etməməsi qeyri pik saatlarda da sıxlıqlara səbəb olan əsas amillərdir. Vurğulanmalı məqamlardan biri də son vaxtlar minik avtomobillərinin texniki nasazlıq səbəbindən yollarda hərəkətsiz qalmasıdır. Son bir ayda bu vəziyyətlə daha tez-tez rastlaşırıq. Z.Bünyadov prospektində gün ərzində bir neçə belə hal müşahidə olunur.

Bu cür xoşagəlməz halların olmaması üçün ən optimal həll variantı avtobuslar üçün xüsusi hərəkət zolaqlarının təşkil olunmasıdır.


Etiketlər:  yollardakı hərəkət intensivliyi ilə bağlı açıqlama FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ