Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2019 17:15
Bakı. Xeyrəddin Nəsirzadə - Trend:
Azərbaycanın sığorta bazarında sığorta hallarının onlayn nizamlanması sistemi tətbiq olunacaq.
Trend-in məlumatına görə, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov “Azərbaycanın sığorta bazarı: trendlər və imkanlar” forumunda deyib.
Onun sözlərinə görə, onlayn sistem sığortalanmış şəxslər üçün sığorta hallarında iş prosesini sadələşdirəcək, eləcə də zəruri sənədlərn alınması zamanı rəsmi şəxslərlə iş vaxtını azaldacaq.
Direktorun sözlərinə görə, sistemin yaxın 10-15 gün ərzində tətbiq olunması gözlənilir
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin