Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ ordusu baza təhlükəsizliyi üçün robot itləri test edir

ABŞ ordusu baza təhlükəsizliyi üçün robot itləri test edir

Tarix: 10 Sentyabr 2020 21:20

ABŞ Hərbi Hava Qüvvələri ordunun baza təhlükəsizliyini təmin etmək məqsədilə robot itləri sınaqdan keçirir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu, ordunun ayrı-ayrı qüvvələri arasında data toplama və paylaşmağı təmin edən sistemin qurulması üçündür.

Test zamanı 4G, 5G texnologiyaları, bulud sistemləri, süni intellekt və digər imkanlardan istifadə olunub. 60 komandanın qatıldığı test 70 fərqli bölgədə icra edilib. "Vision 60" adlı robotlar kəşfiyyat, xəritələmə və digər vəzifələri icra ediblər. Texnologiyanın data mübadiləsi baxımından xeyli sürətli olduğu aşkarlanıb.

Qeyd edək ki, Pentaqon bu sistemin inkişafı üçün 5 il ərzində 3,3 milyard dollar xərcləməyi düşünür.


Etiketlər:  ABŞ ordusu baza təhlükəsizliyi üçün robot itləri test edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ