Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurşaqvari herpes varsa...

Qurşaqvari herpes varsa...

Tarix: 10 Sentyabr 2020 21:27

Xəstəliyin törədicisi neyrodermatrop süzülən virus olub qızılca virusuna bənzəyir.
Əvvəlcə virus suçiçəyi xəstəsindən sağlam, həsas şəxsə keçir. Bundan sonra isə qurşaqvari herpesin klinikası baş verir. İkinci mərhələdə herpesin kliniki mənzərəsi və kəskin yoluxucu herpesin kliniki mərhələləri inkişaf edir. Gizli mərhələ adətən 10 illərlə davam edə bilir. Ona görə də qurşaqvari herpes adətən yaşlı şəxslərdə baş verir.
Qurşaqvari herpes virusu mərkəzi və periferik sinir sistemi hüceyrələrinə fəallıqla nüfuz edir. Əvvəlcə onurğa sütünü boyunca olan düyünlərə yoluxur, sonra sinir kötüyü və örtüyünün dəri və selikli qişa sahələrinin zədələnməsi ilə inkişaf edə bilir.
Qurşaqvari herpesin inkişafına səbəb kimi travma, soyuqdəymə, kəskin infeksion xəstəliklər, həddən artıq qızdırma misal göstərilə bilər.
Klinikası:
Qurşaqvari herpesin inkubasia dövrü bir neçə gündən 3-4 həftəyə qədər davam edir. Sonra intensiv ağrılar, yandırıcı duyğu, subfebril hərarət, ümumi halsızlıq və zəifləmə təzahür edir. Xəstəliyin gizli haldan fəal vəziyyətə keçidi, kliniki olaraq yoluxucu əlamətlər, birtərəfli kök ağrıları, dəridə qaşınma və herpetik səpgilərlə təzahür edir. Adətən onurğa sütününün döş sümüyünə qədər qabırğalar arası sahələrdə sinir kötükləri və şaxələri boyunca üçlü sinirin şaxələri ilə innervasiya olunan papulyoz elementlər -qızartılar görünür. Sonra bu qızartılar müxtəlif ölçülü qabarcıqlara çevrilir, daha sonra bu qabarcıqların möhtəviyyatı serroz və hemorragik olur, sonradan tutqunlaşır və irinli olur. Qurşaqvari dəmrov istənilən həssas sinirin innervasiya etdiyi nahiyədə lokalizasiya oluna bilir. Səpmə adətən döş nahiyəsində olur. Xəstəliyin qanqrenoz forması daha ağır hesab olunur. Xəstəlik güclü ağrılarla müşayət olunur, onun gedişi uzun və ağır olur.
Müaicəsi:
Qurşaqvari dəmrovun virusuna qarşı asiklovir güclü təsirə malikdir. O, virusun DNT-nin replikasını ləngidir, bununla da onun çoxalmasına mane olur. Immuniteti fəallaşdıran dərmanlardan istfadə edilməsi də məqsədəuyğun sayılır. Xəstələrə ağrıkəsici, sedativ, antihistamin vasitələt təyin edilir.
Ağır hallarda xəstələrə zəhərlənmə əleyhinə malicə aparılır. Kortikosteroid hormonlardan istifadə edilir. Infeksiyanin yayılmasının qarşısını almaq uçun dəri səthinə anilin boyaqları ( brilliant yaşılı, metilen göyü) çəkilir. Yaralar əmələ gəldikdə onu 1% li gümüş nitrat məhlulu, 2 % li tanin məhlulu ilə yuyulması məsləhət görülür.


Etiketlər:  Qurşaqvari herpes varsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ