Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın bu zərbəsi Huawei üçün ölümcül ola bilər

ABŞ-ın bu zərbəsi Huawei üçün ölümcül ola bilər

Tarix: 10 Sentyabr 2020 21:48

Tramp adminstrasiyası Huawei-yə qarşı mütəmadi olaraq yeni sanksiyalar tətbiq edərək Çinlə ticarət müharibəsini davam etdirir. Yeni məlumata görə, ABŞ Çinin ən böyük yarımkeçirici istehsalçısı SMIC-i qara siyahıya almağı planlaşdırır. SMIC şirkəti Amerika çip istehsal edən avadanlıqlardan istifadə edir. Şirkət qara siyahıya əlavə edilərsə, bu, yalnız SMIC-ə deyil, Huawei daxil olmaqla digər şirkətlərə də zərər verə bilər. Fakt budur ki, SMIC büdcəli HiSilicon Kirin çipsetləri hazırlayır və bu Huawei-ə yeganə seçimi olaraq qalır.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyi çip istehsalçısı SMIC-in Çinin hərbi və müdafiə aparatlarına kömək etdiyini düşünür.

Yeni hesabatda SMIC-in böyük bir Çin müdafiə şirkəti ilə işlədiyini və Çin ordusu ilə əlaqəli universitetlərin SMIC texnologiyasından istifadə etdikləri iddia edilir. Lakin SMIC artıq bu iddiaları rədd edib.

Semiconductor Manufacturing International Corporation (SMIC) 2000-ci ildə Şanxayda qurulub. Bu yaxınlarda ikinci maliyyələşdirmə ərəfəsində təxminən 7.8 milyard dollar toplayıb. Şirkət dünyanın ən böyük beş yarımkeçirici istehsalçısından biri olsa da, texnologiya baxımından rəqiblərindən çox geri qalır. TSMC və Samsung 5nm çipset istehsalına başlasa da, SMIC hələ də smartfon istehsalında 14nm istifadə edir. Huawei-nin qurucusu və icraçı direktoru Ren Zhengfei şirkətin çətin anlarla qarşılaşa biləcəyini etiraf edib, amma bazarını qətiliklə tərk etməyəcəklərini bildirib.


Etiketlər:  ABŞ zərbəsi Huawei üçün ölümcül bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ