Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 06:24
Bakı. Trend:
ABŞ tezliklə Əfqanıstandakı kontingent sayını 4 min nəfərə, İraqda 2 minə endirəcək, Amerikalı hərbi personal isə Suriyanı əsasən artıq tərk etdi.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp mətbuat konfransı zamanı deyib.
D.Tramp bildirib: "Əfqanıstanda böyük irəliləyiş əldə edildi, qısa müddətdə [bu ölkədəki kontingentimizi] 4 min əsgərə endirəcəyik".