Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 10:42
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Ticarət naziri Rühsar Pekcanla görüşüb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, görüş zamanı əməkdaşlığın daha da gücləndirilməsi və bu istiqamətdə atıla biləcək addımlar ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyəyə edib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər sentyabrın 12-də başa çatacaq.