Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 21:25
"Birinə ləkə atmazdan əvvəl düşün və əsla unutma ki, əvvəl öz əllərin çirklənəcək".
Sonxeber.net xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova instaqramda yazıb.
"Baxmayın üzümün güldüyünə, hər təbəssümdə birinizi silirəm", - yazan müğənni sözlərinin ünvanlı olduğunu qeyd etsə də, ad çəkməyib.
Sənətçi daha sonra həyat yoldaşı ilə fotosunu paylaşaraq mənəvi baxımdan ona çox dəstək olduğunu vurğulayıb: "Həyatda ən böyük qələbə yıxılmamaq deyil, hər yıxıldığında ayağa qalxmaqdır. Həyat gözəl, həyat sənlə daha da gözəl və özəl". (publika.az)