Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 09:00
Əsasən noutbuk və smartfonlarla istifadə üçün nəzərdə tutulan "AirView2" portativ monitor layihəsi uğurla "Kickstarter" vəsait toplanışı platformasına çıxarılıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, tərtibatçılar tərəfindən yeni qurğu sensorlu idarəetmə, "4K" təsvir ölçüsü və informasiyanın göstərilməsində sıfır yubanma dəstəyinə malik dünyanın ilk simsiz portativ displeyi adlanır.
Qurğu 13,3 və 15,6 düym diaqonallı variantlarda təklif olunur. Hər iki halda təsvir ölçüsü 3840 × 2160 piksel təşkil edir. Parlaqlıq 300 kandel/kvadratmetrə bərabərdir. "sRGB" rəng məkanının 100 faizlik əhatəsi təmin olunur. Baxış bucağı 178 dərəcəyə çatır.
Kompüter və ya mobil qurğu ilə məlumat mübadiləsi təkcə "WirelessHD" simsiz şəbəkəsi ilə deyil, eyni zamanda "HDMI" interfeysi və ya "USB Type-C" portu vasitəsilə simli qoşulma ilə həyata keçirilə bilər.
Portativ monitor enerjini 10 200 milliamper/saat tutumlu quraşdırılmış akkumulyator batareyasından alır. Bir dəfə tam enerji ilə doldurulduqdan sonra avtonom iş vaxtı 4 saata çatır, sərf olunan enerjinin təkrar doldurulması üçün 3 saat tələb olunur.
Qurğu stereofonik dinamiklər və qulaqcıq üçün 3,5 millimetrlik standart çıxış ilə təchiz edilib.
"AirView2" portativ monitorunun qiyməti 480 dollar təşkil edir.