Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 13:27
Bakı. Trend:
Baba Rzayevin başçılıq etdiyi “Azərenerji” ASC-nin nümayəndə heyəti ilə Yaponiya dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.
ASC-dən Trend-ə verilən məlumata görə, “TEPSCO” şirkətinin Baş direktoru Funahashi Nobuyuki və həmin şirkətin Bakıda inşa edilən “Şimal-2” layihəsinin meneceri Sato Mitsuyuki və başqa nümayəndələrin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin