Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 15:42
Bakı. Trend:
Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Soyuq Bulaqlar qəsəbəsi ərazisində 1,2 hektar sahədə yabanı halda bitmiş və ümumi çəkisi 4 ton 230 kiloqram olan 4700 çətənə kolu aşkarlayıblar.
Çətənə kolları yandırılaraq məhv edilib.