Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2020 22:57
Qandakı kalsium səviyyəsi xərçəngin əlaməti ola bilər.
Sonxeber.net xəbər verir ki, bu sözləri məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov söyləyib.
"Əgər təhlillər kalsiumun artmasını göstərirsə, deməli, bu ya paratiroid vəzlərinin artan funksiyasıdır, ya da xərçəngdir", - "Rusiya-1" telekanalının efirində Myasnikov bildirib.
Həkim izah edib ki, ilk vəziyyətdə dəyərlərə diqqət yetirməlisiniz - hər litrə 13 mola qədər orta hesab olunur. Xərçəng inkişaf edibsə, daha yüksək göstəricilər olacaq. Lakin bu kimi dəyərlər mütləq xərçəngə işarə etmir. Şübhələri bir kənara qoymaq üçün paratiroid hormonları testlərindən keçmək lazımdır.
"Əgər hormonlar normaldırsa, onkologiya deyil. Bu, D vitamini intoksikasiyası ola bilər", - həkim yekunda qeyd edib. (publika.az)