Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qum qasırğası İranı ''uçurur'' - Məktəblər bağlandı

Qum qasırğası İranı ''uçurur'' - Məktəblər bağlandı

Tarix: 24 Aprel 2019 13:36

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Mircavə rayonunda qum qasırğasına görə bütün məktəblərin fəaliyyəti dayandırılıb.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayəti Mircavə rayonu qubernatoru Fərhad Sərhədi deyib.

F.Sərhədinin sözlərinə görə, güclü qum qasırğası ötən gündən Sistan və Bəluçestan vilayətinin şimal və mərkəzi hissələrində başlayıb: "Mircavə rayonunda qum qasırğasının sürəti saatda 80 kilometrə çatıb. Hava proqnozlarına görə, Sistan və Bəluçestan vilayətində sabah da güclü külək davam edəcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  qasırğası İranı uçurur Məktəblər bağlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ