Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 13:08
Hazırkı dövrdə aviaşirkətlərin müştərilərinə biletlərinin qaytarılmasının dayandırılması o, demək deyil ki, sərnişinlər öz pullarını geri ala bilməyəcəklər.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.
Onun sözlərinə görə, pandemiyadan ən çox ziyan çəkən sahə aviasiya və turizm sahəsi oldu:
"Pandemiya bu sektorları iflic edib desək, yanılmarıq. Pandemiya ilə əlaqədar sərhədlər bağlanıb, uçuşlar ləğv olunduqdan sonra hava yolları şirkətləri bir müddət aviabiletlərin qaytarılmasına icazə versə də, daha sonra maliyyə problemləri ilə üzləşmələri səbəbindən biletlərin qaytarılmasını dondurdular. Amma bu, o demək deyil ki, sərnişinlər öz pullarını geri ala bilməyəcəklər".
G.Qəhrəmanov qeyd edib ki, artıq bir neçə aviaşirkət biletlərin qaytarılmasına başlayıb. Digər şirkətlər isə müştərilərinə bir neçə seçim təklif edir. Bu seçimə uyğun olaraq, biletin tarixinin cəriməsiz olaraq, başqa tarixə dəyişdirilməsi, eyni məbləğdə pul ödənişinin əvəzinə vauçerlərin alınması və müntəzəm uçuşların bərpasından sonra pulların qaytarılması təklif edilir:
"Lakin bu, bir qədər vaxt apara bilər. Çünki bir neçə aviaşirkət uçuşlarını hələ də tam bərpa etməyib. COVID risklərini nəzərə aldığı üçün bir çox dövlətin sərhədləri hələ də qalır. Baş vermiş vəziyəti "fors major" adlandırsaq, yanılmarıq".