Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 13:08
"Barselona" "Lion"un futbolçusu Memfis Depayın transferini bitirmək üzrədir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu bu həftənin sonuna kimi bu transferi rəsmən açıqlamağı planlaşdırır."Barselona"nın niderlandlı hücumçunun "Nou Kamp"da təqdim edəcəyi bildirilir. Klubun bu transfer üçün 30 milyon avro ödəyəcəyi vurğulanır.
Qeyd edək ki, Depayın "Lion"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. 26 yaşlı oyunçu ötən mövsüm 22 matçda 15 qol vurub, 2 qolun ötürməsini verib.