Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhsil naziri: ''Mövcud şəraitdə tədrisin uğurlu davamı qaydalara riayət etməkdən asılı olacaq''

Təhsil naziri: ''Mövcud şəraitdə tədrisin uğurlu davamı qaydalara riayət etməkdən asılı olacaq''

Tarix: 15 Sentyabr 2020 13:48

Mövcud pandemiya şəraitində tədrisin bərpası və uğurlu davamı, təhsil sisteminin bütün iştirakçıları, o cümlədən şagirdlər, tələbələr, müəllimlər və valideynlərin bu qaydalara və təlimatlara riayət etməsindən asılı olacaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Bilik günü" münasibətilə təhsil ictimaiyyətinə ünvanladığı təbrikində deyib.

Onun bildirdiyinə görə, qlobal pandemiya səbəbindən bu il dünyada, eləcə də ölkəmizdə yeni tədris ilinə fərqli formada başlamalı oluruq. Bu, təhsilalanlar, təhsilverənlər, eləcə də təhsil idarəçiləri üçün bir sıra çağırışlar və imkanlar yaradır:

"Dövlət başçımız tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması və təsirinin məhdudlaşdırılması istiqamətində mühüm qərarlar verilib. Hökumətimiz tərəfindən bu sahədə bir sıra səmərəli tədbirlər həyata keçirilməkdədir. Görülmüş tədbirlər nəticəsində təhsil ilimizi və tədrisimizi ehtiyatla və inamla bərpa edə bilirik.

Bildiyimiz kimi, karantin rejimində təhsil müəssisələrində tədrisin və təlim-tərbiyə prosesinin təşkili üzrə müvafiq qaydalar və təlimatlar hazırlanıb. Mövcud şəraitdə tədrisin bərpası və uğurlu davamı, təhsil sisteminin bütün iştirakçıları, o cümlədən şagirdlər, tələbələr, müəllimlər və valideynlərin bu qaydalara və təlimatlara riayət etməsindən asılı olacaq.

Yaranmış çətinliklərin öhdəsindən yalnız bir-birimizə dəstək olaraq gəlmək olar. İnanıram ki, hamılıqla qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olacağıq".


Etiketlər:  Təhsil naziri Mövcud şəraitdə tədrisin uğurlu davamı qaydalara riayət etməkdən asılı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ