Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 13:52
UEFA Superkubokunda "Bavariya" və "Sevilya" arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçın baş hakimi İngiltərə Futbol Federasiyasından Entoni Teylor olacaq. Ona həmyerliləri Qeri Bisuik və Adam Nann köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Orel Qrinfild yerinə yetirəcək.
Qeyd edək ki, UEFA Superkuboku sentyabrın 24-ü Budapeştdə keçiriləcək.