Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 14:08
Bakı. Trend:
Suriyanın şimalındakı Əl-Həsəkə əyalətində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
Trend-in məlumatına görə, hadisə Tel-Həddad kəndi yaxınlığında baş verib.
Qeyd olunur ki, helikopterin düşdüyü ərazi ABŞ qoşunları tərəfindən mühasirəyə alınıb. Hər hansı itkilərin olub-olmaması barədə məlumat verilməyib.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.