Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"AEK Arena" "Qarabağ" - "Molde" oyununa hazırdır - Açıqlama

Tarix: 15 Sentyabr 2020 16:26

"AEK Arena" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Molde" oyununu qəbul etməyə hazırdır.

Qol.az xəbər verir ki, bu barədə Kiprin AEK klubunun mətbuat katibi Kiriakos Dimitriu yerli "Spor FM" radiosuna açıqlamasında bildirib.

Klub rəsmisi deyib ki, "AEK Arena"da ilk dəfə ÇL oyunu keçirəcək: "Qarabağ" - "Molde" görüşü burada keçiriləcək. Bu, birinci ÇL matçıdır. Bu cür layihələri davam etdirəcəyik. Ümid edirik ki, komandamızın da bu yarışda mübarizəsini görəcəyik".

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 


Etiketlər:  AEK Arena Qarabağ Molde oyununa hazırdır Açıqlama


RƏYLƏR