Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2019 19:40
Bakı. Trend:
İyunun 29-da - “Minsk 2019” ikinci Avropa Oyunlarının doqquzuncu günündə Azərbaycan boksçusu Loren Alfonso Domigez millimizin aktivinə dördüncü qızıl medalı yazdırıb.
Trend-in məlumatına görə, oyunlarda 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz qızıl medal uğrunda görüşdə britaniyalı Bencamin Uittaker ilə qarşılaşıb.
Qarşılaşmada 3:2 hesabı ilə qalib gələn boksçumuz “Minsk 2019”da komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin